Bakı Sağlamlıq Mərkəzinin İcraçı direktoru Dos. Dr. Asiman Həsənov 2 fevral - Azərbaycan Gənclər Günü münasibətilə gənc həkimlərimizin timsalında bütün Azərbaycan gənclərini təbrik edir, daim gənc ruhlu qalmağı arzulayır!

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının və Bakı Sağlamlıq Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Sağlamlığımızın sabahı” adlı həkim rezidentlərin elmi-praktik konfransının qaliblərinin sertifikatları təqdim olundub və müsabiqədə müvəffəqiyyət qazanan rezidentlərimiz birdəfəlik pul mükafatı ilə mükafatlandırılıb. Mərkəzimizdə fəaliyyət göstərən rezidentlərin inkişafına töhvə verən silsilə konfranslar keçirilir və burada əsas məqsəd həkim rezidentləri elmi tədqiqat fəalliyyətinə cəlb etmək, rezidentura təhsilinin keyfiyyətini artırmaqdır. Mərkəzimizin İcraçı direktoru Dos. Dr. Asiman Həsənov rezidentlərlə görüşündə gənclərin ölkənin həyatında fəal iştirakı, eyni zamanda, fərdi inkişafı baxımından təhsilin əvəzolunmaz rola malik olduğunu diqqətə çatdırıb. Gənclərin cəmiyyətin aparıcı təbəqəsi olduğunu vurğulayaraq, fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində gəncləri səsvermədə fəal iştirak etməyə çağırıb. Tarixi əhəmiyyətə malik olan bu seçlilərin ilk dəfə Azərbaycanın bütün suveren ərazilərini əhatə edəcəyini xüsusi olaraq vurğulayıb. Bakı Sağlamlıq Mərkəzinin İcraçı direktoru Dos. Dr. Asiman Həsənov 2 fevral - Azərbaycan Gənclər Günü münasibətilə gənc həkimlərimizin timsalında bütün Azərbaycan gənclərini təbrik edir, daim gənc ruhlu qalmağı arzulayır!

Diqər xəbərlər